Veb saytlarin hazirlanmasi, saytlarin yigilmasi (+994) 77 767 76 73 Jafar Jabbarli 44, Caspian Plaza, AZE1068
5 stars - "Veb saytlarin hazirlanmasi" Profesional veb saytlarin hazirlanmasi.

Backlink nədir? Backlink formaları hansılardır?


Backlink nədir?

Backlink bir saytdan digər bir sayta keçid verilməsinə deyilir. Backlink sayəsində axtarış mühərriklərinin botları veb saytınızı daha çox ziyarət edir və axtarış mühərriklərində üst sıralarda yer almasına kömək edir. Backlink çalışmaları veb dizayn işlərindən sonra aparılmalıdır.

Backlink Formaları Hansılardır?

1. Video Backlink (Video məzmun bölməsindəki keçidlər)
2. Text Backlink (Məzmun içində açar sözə qoyulan keçid)
3. Image Backlink (Şəkillər vasitəsilə alınan keçidlər)
4. Footer Backlink (Veb saytların ən alt hissəsində bütün səhifələrdə görünən keçidlər)
5. Sidebar Backlink (Veb saytların yan hissəsində bütün səhifələrdə görünən keçidlər)
6. Comment Backlink (Şərh yazılaraq alınan keçid)
7. Profile Backlink (Forumların profil səhifələrinə qoyulan keçidlər) 
8. Social Bookmarking (Sosial əlfəcin saytlarına göndərilən keçidlər)

Backlink necə alınır?

Backlink almadan əvvəl hədəfinizi seçməlisiniz və sonra yuxarıdakı backlink formalarından istifadə edərək, hədəfinizlə əlaqəli olan bir saytla əlaqə yaratmalısınız. Bir saytdan backlink aldığınızda bir neçə aylıq deyil, birdəfəlik almağınız vacibdir. Çünki backlink alaraq saytınızı ön sıralara çıxardıqdan sonra backlinklərin silinməsi saytınızın uzun müddətli geriləməsinə səbəb olacaq. Daha sonra yenidən aldığınız backlinklər effektli olmayacaqdır.

Backlink Alanda Nələrə Diqqət Etməli?

- Çox yeni domenlərə Backlink tətbiq etməyin.
- Backlink alarkən, mümkünsə məzmunun veb saytınıza uyğun olduğundan əmin olun.
- Backlinkin götürüləcəyi veb səhifənin müasir və orijinal bir sayt olduğundan əmin olun.
- Qısa müddətdə müxtəlif saytlarda çox sayda əlaqə əldə etməyin. Həftədə 2-3 bağlantı backlink üçün yetərlidir.