Veb saytlarin hazirlanmasi, saytlarin yigilmasi (+994) 77 767 76 73 Jafar Jabbarli 44, Caspian Plaza, AZE1068
5 stars - "Veb saytlarin hazirlanmasi" Profesional veb saytlarin hazirlanmasi.

PHP Nədir? PHP Harda İstifadə Olunur?


PHP Nədir?

PHP veb bazalı bir proqramlaşdırma dilidir. Əvvəllər "Personal Home Page", yəni "Şəxsi Əsas Səhifə" olmasına baxmayaraq, indi PHP - Hypertext Preprocessor kimi istifadə olunur. PHP dinamik, özünü idarə edən saytlar qurulmasını təmin edir. İlk dəfə 1995- ci ildə əslən Danimarkalı, lakin Kanadada yaşayan proqramçı Rasmus Lerdorf tərəfindən yaradılan PHP- nin inkişafı bugün PHP birliyi tərəfindən davam etdirilir.

PHP Harda İstifadə Olunur?

PHP proqramlaşdırma dili və veb brauzer (Google Chrome, Internet Explorer, Mozilla Firefox, Opera və s.) sayəsində sadə bloqdan tutmuş, Facebook, Twitter, Wordpress və online oyunlara kimi sürətlə inkişaf edən veb saytlar hazırlamaq mümkündür.

PHP -nin Xüsusiyyətləri Nələrdir?

PHP-nin ən güclü xüsusiyyətlərindən biri sahib olduğu geniş və inkişaf etmiş verilənlər bazası dəstəyidir. Verilənlər bazasına məxsus plagin (məsələn, mysql) istifadə edərək və ya PDO kimi bir abstraksiya təbəqəsini istifadə edərək PHP ilə verilənlər bazası ilə əlaqəli sayt səhifələrini yaratmaq və ya ODBC plugin vasitəsilə bu standartı dəstəkləyən bir əlaqə açmaq çox asandır. Kiçik idarəolunan veb saytlar üçün ən sağlam 'MYSQL' verilənlər bazasıdır. Bazanın qurulması və quruluşu düzgün hazırlansa, çox sürətli və səmərəli nəticələr verir. MySQL-də etdiyimiz əsas (və ümumi) tədbirlər cədvəldə məlumat əlavə etmək, çəkmək, yeniləmək və silməkdir.