Veb saytlarin hazirlanmasi, saytlarin yigilmasi (+994) 77 767 76 73 Jafar Jabbarli 44, Caspian Plaza, AZE1068
5 stars - "Veb saytlarin hazirlanmasi" Profesional veb saytlarin hazirlanmasi.

HTML ( Hyper Text Markup Language ) Nədir?


HTML ( Hyper Text Markup Language ) Nədir?

HTML işarələmə dili olaraq, veb səhifələrin hazırlanmasında istifadə olunur. HTML ilə işləyərkən sadə kod quruluşlarından (etiketlər və atributlar) istifadə edərək veb səhifələr formalaşdırılır. Hazırlanan kodlar Chrome, Fİrefox ve İnternet Explorer kimi veb brauzerler tərəfindən oxunur və vizual veb səhifələrə çevrilir. Məsələn, <p> başlanğıc və </p> bağlama etiketləri arasında mətn əlavə edərək bir paraqraf yarada bilərik.

HTML İmkanları Hansılardır?

- Veb səhifəyə vizual, mətn və video kimi məzmunun yerləşdirilməsi
- Bu məzmunun veb saytlarda düzgün göstərilməsi
- Axtarış motorlarına veb saytlar haqqında məlumat verməsi

HTML Yazarkən Nələrə Diqqət Etməli?

A: ,, kimi yazılan vahid () -dən böyükdür, etiket adlanır.
B: Açıq etiketlər bağlanmalıdır. Etiketlər / ilə bağlanır.
C: HTML kodlarını yazarkən azərbaycanca simvol daxil etmək olmaz.
Bu etiketləri yazarkən kiçik və böyük hərflərdən istifadə olunur. Ancaq ümumiyyətlə kiçik hərflərə üstünlük verilir.

HTML Etiketlərinin Mənaları

- Html: Bütün etiketləri bağlayan, html kodu ilə kodlanmalı olduğunu göstərən, səhifənin başında açılaraq səhifənin sonunda bağlanan etiketin adıdır.
- Head: Bu bölmədə hazırlanmış saytla əlaqəli məzmun və təriflər var. Bu sahədə yer alan kodlar saytda görünmür.
- Body: Bütün saytın görsəndiyi və sayta girən hər kəsin görə biləcəyi sahədir. İstifadə olunan etiketlərin əksəriyyəti bu bölgədə yerləşir.