Veb saytlarin hazirlanmasi, saytlarin yigilmasi (+994) 77 767 76 73 Jafar Jabbarli 44, Caspian Plaza, AZE1068
5 stars - "Veb saytlarin hazirlanmasi" Profesional veb saytlarin hazirlanmasi.

SEO nədir?


SEO axtarış mühərriki optimizasiyası olub , veb saytı Google kimi axtarış sistemlərində axtarış edən istifadəçilərə üst sıralarda göstərmək və sayta ziyarətçi çəkmək üçün həyata keçirilən işlərə deyilir. Başqa sözlə desək , SEO axtarış nəticəsində veb saytın ilk səhifədə (SERP) ön sıralarda yerləşməyini təmin edir. 
Statistikaya görə Google üzərində axtarış edən istifadəçilərin 90%-i etdikləri axtarış sonrasında ilk səhifədə qarşılarına çıxan internet saytlarını ziyarət edir. Sadəcə geriyə qalan 10% digər axtarış nəticələrini araşdırır.
Hər axtarış mühərrikinin sayt sıralamasını ekrana gətirmək üçün istifadə etdiyi alqoritmlər vardır. Bu alqoritmlər yüzlərlə kriteriyanı dəyərləndirərək axtarış nəticələrində veb saytların sıralanmasını təmin edir.
Axtarış nəticəsində üst sıralara çıxmaq üçün təməl olaraq lazım olanlar: 

1-Texnik SEO
2-Hədəf kütləsinə yönələn kontent
3-Keyfiyyətli backlink

Veb saytınızda bir məhsulu ya da xidməti satmaq , bloq yazıları yerləşdirib yayınlamaq və ya da fərqli nəsə etmək istəyirsinizsə SEO qurmaq məcburiyyətindəsiniz.