Veb saytlarin hazirlanmasi, saytlarin yigilmasi (+994) 77 767 76 73 Jafar Jabbarli 44, Caspian Plaza, AZE1068
5 stars - "Veb saytlarin hazirlanmasi" Profesional veb saytlarin hazirlanmasi.

Şirkətlər şəxsi məlumatlarımızla necə pul qazanır?


Möhtərəm Bayes ehtimal nəzəriyyəsində məşhur olan Bayes teoremini kəşf elədi. Bu teorem sizə ehtimalları tənzimləmək üçün yeni məlumatlardan necə istifadə ediləcəyini deyir ("dolayı sübutlar" (circumstantial evidence) adlandırıla biləcək şeyi yaratmaq üçün). Bir neçə əsr müddətində insanlar Bayes teoreminin nə üçün yaxşı olduğundan əmin deyildilər. Amma bu komputerin və internetin istifadə olunması ilə dəyişdi. Orta statistik bir insanın İnternet istifadəsi və ya GPS yerləri haqqında məlumat toplamaq və Bayes hesablamalarını aparmaq asanlaşdı. Bayes teoremi şəxsi məlumatların əsasını qızıl dəyərində proqnozlara çevirə bilər.

Bunlardan bəziləri göz qabağındadır. İnternetdə soyuducu axtarırsınızsa, siz axtarışı dayandırsanız belə soyuducular sizi təqib edəcək. Amma teoremdən bu qədər ucuz işlər üçün istifadə olunmur. Bayes teoreminin həqiqi gücündən çox bariz olmayan proqnozlar (nə satın alacağımız, nə qədər ödəməli olduğumuz, seçkilərdə kimə səs verəcəyimiz barədə) vermək üçün kifayət qədər məlumat toplamaqda istifadə edirlər. Big data dedikdə bu nəzərdə tutulurdu. Bu teorem artıq marketinq və reklamda inqilab yaradıb və bəziləri hesab edirlər ki, biz hələ təzə başlamışıq.

İndi icazə verin sualınıza tamamilə fərqli bir şəkildə cavab verək.

Müxtəlif tarixi anlarda şahid olduğumuz kimi, kimsə yeni bir mülkiyyət növünü icad edir və sonra mümkün qədər onu əlində çox tutmağa çalışır. Yığıcılıq və ovçuluq mədəniyyətində mülkiyyət kimi bir şey yox idi. Torpaq həm hər kəsə, həm də heç kimə məxsus idi. Amma insanlar kənd təsərrüfatı və arxitekturanın “dağıdıcı” texnologiyalarını tətbiq etdikdə, daşınmaz əmlakı icad etmək, bu və ya başqa tip torpaq sahələrinin olduğunu söyləmək (texnologiyaları ilk istifadə edənlər üçün) arzuolunan hala gəldi. Shawnee lideri Tecumseh'in qeyd etdiyi kimi bu qəribə bir fikir idi: “Bir ölkəni sat! Niyə havanı, böyük dənizi, yeri də satmırsan? " Avropalı immiqrantların torpaq işlərinə mübtəla olmasının Tecumseh-in mədəniyyətində heç bir mənası yox idi.

Bu Amerikanın hekayəsidir (ya da amerikalıların), amma bu, həqiqətən, dünyanın hər yerində, fərqli vaxtlarda hamının hekayəsi oldu. Mesopotamiya bunu ilk yaşayanlardan biri idi.